XİN sözçüsü: “Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

Oxunma vaxtı:35 Saniyə

“15 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs kobud şəkildə pozulub və düşmən qüvvələrinin snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu təxribat onu göstərir ki, Ermənistan bu ilin yanvar ayında hər iki ölkənin Xarici İşlər nazirlərinin görüşündən əvvəl olduğu kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan sülh prosesinə davamlı şəkildə xələl gətirir və hətta onu pozmağa çalışır”.

APA xəbər verir ki, bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O, əlavə eedib ki, vəziyyətin gərginləşməsinə xidmət edən bu qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qarabağda daha bir erməni hərbi qulluqçu ölüb

Fevralın 14-də, saat 19:00 radələrində işğal altında olan Qarabağın şərq hissəsindəki hərbi hissələrdən birində naməlum şəraitdə erməni hərbi qulluqçunun meyiti tapılıb.Dogrusoztv.Az Ordu.az a istinadən xəbər verir ki, ölümün hansı şəraitdə baş verməsi ilə bağlı müvafiq qurumlar araşdırma aparır. Məlumata görə, ölmüş şəxs Ermənistanın Sünik vilayəti sakini, 23 yaşlı hərbi qulluqçu, 1997-ci […]