Azərbaycan Prezidenti BQXK rəhbəri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə edib

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub.

Doğrusöztv.Az ONA– ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti görüşdə Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Münhendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşü olub. Doğrusöztv.Az xəbər verir ki, dünya Bankının icraçı direktorunu salamlayan Prezident İlham Əliyev deyib ki, bu görüş gələcək əməkdaşlığımız haqqında danışmaq üçün yaxşı fürsətdir: “İndiyədək tərəfdaşlığımız çox uğurlu olub. Uzun illərdir ki, bizə […]