Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb

Oxunma vaxtı:31 Saniyə

2020-ci il yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 79,77 faiz azalaraq 62 110 dollar təşkil edib.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azalaraq 166,974 milyon dollar təşkil edib.

Bu göstərici hesabat dövründə ölkənin ümumi ixracının 1,1 faizini təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci illə müqayisədə 39,85 faiz artaraq 88,675 milyon dollar təşkil edib.

 2,102 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var

Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib. Dövlət başçısı bildirib: “Sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Şadam ki, Kürdəmir rayonunda da […]