Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edildi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulandı və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

37 yaşlı qadından ağlasığmaz əməl - İki uşağını asmazdan əvvəl elə şey etdi ki... - FOTO

37 yaşlı qadın ağlasığmaz əməl törədib. Doğrusöztv.Az Milli.Az -a istinadla xəbər verir ki, dəhşətli olay ABŞ-ın Pensilvaniya ştatında yaşanıb. 37 yaşlı Lisa Snyder adlı qadın iki övladını asaraq öldürüb. Onun 8 yaşlı oğlu və 4 yaşlı qızının cansız bədəni tapılıb. Qadın ifadəsində uşaqların özlərini öldürdüyünü deyib etiraf edib. Lakin, araşdırmalar nəticəsində […]