Hikmət Hacıyev: “Son seçkilərdən sonra Avropa Parlamentində bəzi radikal, şovinist və islamofob təfəkkürlü qüvvələr yer alıb”

Oxunma vaxtı:49 Saniyə

Təəssüflə qeyd etmək istərdim ki, son seçkilərdən sonra Avropa Parlamentində (AP) bəzi radikal, şovinist və islamofob təfəkkürlü qüvvələr yer alıb. AP-ın Sosialistlər və Demokratlar Qrupu artıq ikinci dəfədir ki, Azərbaycanla bağlı əsassız bəyanatla çıxış edir.

Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun Azərbaycan fundamental insan hüquqlarına riayət etməyənə qədər Avropa İttifaqı (Aİ) ilə yeni saziş ratifikasiya olunmayacağı bağlı bəyanatı şərh edərkən deyib.

H.Hacıyev bildirib: “Birincisi, Aİ ilə saziş hələ heç imzalanmamışdır. İkincisi, bir müddət öncə AP Azərbaycanda parlament seçkilərini müşahidə etməyəcəyini bildirmişdi. Açığı, onların bu açıqlaması bizdə təəccüb doğurdu. Azərbaycanın AP qarşısında hər hansı bir öhdəliyi yoxdur və biz heç AP-a seçkiləri müşahidə etmək üçün dəvət də ünvanlamamışdıq. Aİ 9 fevral parlament seçkilərindən sonra verdiyi açıqlamada Azərbaycanla dialoqu davam etdirməyə və ölkəmizlə sıx işləməyə hazır olduğunu bildirmişdir. Azərbaycan tərəfi də Aİ ilə əməkdaşlığı davam etdirməyə hazırdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vilayət Eyvazov şöbəs rəisini təqaüdə göndərdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsini təqaüdə göndərib.Nazirin əmri ilə Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmət olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. loading…