Prezident İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbərini qəbul edib.YENİLƏNİB

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmi vurğulandı, MDB-dən olan müşahidəçilərin seçkilərin yüksək səviyyədə təşkil olunduğu, qanun pozuntusunun qeydə alınmadığı, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi bildirildi.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən parlament seçkilərində MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı ölkəmizdə keçirilən parlament seçkilərinin Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi olduğu qeyd edildi, Azərbaycan dövləti tərəfindən bu seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı vurğulandı.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İspaniyada güclü fırtınalar qlobal istiləşmə ilə bağlıdır

Qlobal iqlim dəyişiklikləri səbəbindən “Qloriya” fırtınası kimi hava hadisələri İspaniyada daha tez-tez baş verəcək. Bu barədə İspaniya Coğrafiyaçıları Assosiasiyasının rəhbəri Xorxe Olsina xəbərdarlıq edib. AZƏRTAC xəbər verir ki, X.Olsinanın sözlərinə görə, “Qloriya” fırtınası Şimali Atlantik hava axınındakı dəyişikliklərlə birbaşa bağlıdır. Bu hava axını daha aşağı yüksəkliklərdə dövr etməyə başlayır və Avropaya […]