İspaniyada güclü fırtınalar qlobal istiləşmə ilə bağlıdır

Oxunma vaxtı:32 Saniyə

Qlobal iqlim dəyişiklikləri səbəbindən “Qloriya” fırtınası kimi hava hadisələri İspaniyada daha tez-tez baş verəcək. Bu barədə İspaniya Coğrafiyaçıları Assosiasiyasının rəhbəri Xorxe Olsina xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, X.Olsinanın sözlərinə görə, “Qloriya” fırtınası Şimali Atlantik hava axınındakı dəyişikliklərlə birbaşa bağlıdır. Bu hava axını daha aşağı yüksəkliklərdə dövr etməyə başlayır və Avropaya qeyri-səciyyəvi hava şəraiti gətirir. Bu, bilavasitə qlobal istiləşmə ilə bağlıdır.

“Qloriya” fırtınası nəticəsində İspaniyada 13 nəfər həlak olub. Ölkədə hazırda yeni – “Siara” siklonu baş qaldırıb. X.Olsinanın proqnozlarına görə bu təbiət hadisələri daha tez-tez baş verəcək. “Bizim əlimizdən yalnız fırtınaya müqavimət göstərmək üçün hazırlaşmaq gəlir”, – deyə ekspert sözünə yekun vurub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib.  Doğrusöztv.Az xəbər verir ki, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri […]