11 Fevral DOĞRUSÖZTV.AZ
Ağcabədi Rayon Baytarlıq İdarəsi İlin əvvəlində təsdiq olunmuş
epizotik plan əsasında əhali və fermer təsərrüfatlarında olan
heyvanların xəstəliklərdən qorunması üçün davamlı tədbirlər həyata
keçirir.
DOĞRUSÖZTV.AZ xəbər verir ki, Ağcabədi Rayon Baytarlıq İdarəsinin əməkdaşları Ağ-göl
ərazisində yerləşən sahibkarların saxladıqları heyvanlar arasında
qarayara xəstəliyinə qarşı profilaktik peyvəndləmə, diaqnostik
müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə
dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi
olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması,
yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında
maarifləndirmə və təbliğat işləri də həyata keçirir. Bütün bunlar nəticə
etibarı ilə rayonda heyvandarlığın dinamik şəkildə inkişafına,
heyvandarlıq məhsullarının həcminin ilbəil artırılmasına öz müsbət
təsirini göstərir.Ağcabədi Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri
tərəfindən mütəmadi olaraq yerlərdə təsərrüfat sahiblərinə və
sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki
qaydalara əməl edilməsinə dair tövsiyələr verilir.