Xalq artisti idman zalındakı məşqi ilə gündəmə damğa vurdu – VİDEO

Oxunma vaxtı:39 Saniyə

9 Fevral Doğrusöztv.Az / Bakı

Xalq artisti Tünzalə Ağayevanın idman zalında lentə alınan görüntüləri müzakirələrə səbəb olub.

Doğrusöztv XeberOxu.Az-a istinadla  xəbər verir ki, aktiv şəkildə idmanla, xüsüsilə pilateslə məşğul olan sənətçi idman qurğusunun üzərinə çıxaraq, ayaqları ilə ombasını sağa və sola hərəkət etdirib.

Onun sosial media hesabında bu paylaşımı izləyicilərin marağına səbəb olub. Onlar T.Ağayevanın daha da cavanlaşdığını və illərə meydan oxuduğunu yazıblar. Yayımlanan videoya üç saat ərzində iyirmi bir min izləmə gəlib.

Qeyd edək ki, son günlər imici və görünüşü ilə diqqətləri üzərinə çəkən Xalq artistinin sürətlə arıqlması söz-söhbətə səbəb olub. Onun plastik əməliyyat yolu ilə arıqladığı iddia olunur.

T.Ağayeva həftələr öncə  açıqlamasında plastik əməliyyat keçirmədiyini, yalnız intensiv məşqlər və sağlam həyat tərzi sürərək arıqladığını dilə gətirmişdi.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Xalq artistindən ŞOK ETİRAF: “Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq”

Akademik Milli Dram Teatrının məşhur aktyoru, Xalq artisti Əjdər Həmidov “Hər şey daxil”də gözlənilməz etirafı ilə təccübləndirib. NurMedia Milli.Az-a istinadən xəbər verir ki, hər şey aparıcı Tarix Əliyevin (Tolik) xalq artistinə ünvanladığı “”Kişi sözü” filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf […]