Sumqayıtlılar koronavirusla mübarizə üçün çinli dostlarına yardım göndəriblər

Oxunma vaxtı:46 Saniyə

Ötən ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası Sumqayıtla dost olan Mienyan şəhərində də aşkarlanıb. Virusa yoluxmuş xəstələrin müalicəsinə yardım məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Mienyan şəhərinə tibbi ləvazimatlar göndərib.

Doğrusöztv.Az AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin xalqını dəstəkləmək məqsədilə Mienyan şəhərinə 100 min bone (papaq), 40 min tibbi maska, 100 min steril əlcək, 100 min millilitr spirt, 100 min baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramin göndərib.

Qeyd edək ki, 2019-cu ilin sentyabrında Sumqayıt ilə Çinin Siçuan vilayətinin Mienyan şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında memorandum imzalanıb. “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”yə uyğun olaraq imzalanan sənədin məqsədi Sumqayıt ilə Mienyan arasında əlaqələrin inkişafını təşviq etmək, xalqlar arasında dostluğun möhkəmlənməsinə şərait yaratmaq, sonda bu iki şəhərin qardaşlaşmasına dair yekun protokolun imzalanmasına nail olmaqdır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirini medalsız başa vurublar

Parisdə fevralın 8-dən 9-dək keçirilmiş cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası medalsız başa vurub. Doğrusöztv.az AZƏRTAC  a istindən xəbər verir ki, turnirə 17 idmançı ilə qatılan komanda üzvlərindən ən yaxşı nəticəni Məmmədəli Mehdiyev göstərib (5-ci yer). Komanda hesabında Yaponiya yığması 13 medalla birinci yeri tutub. Turnirdə 115 ölkədən 600-dən […]