Şamaxının ucqar dağ kəndindən reportaj VİDEO

Oxunma vaxtı:1 Dəqiqə, 27 Saniyə

Şamaxının ucqar dağ kəndlərindən olan Avaxıl dəniz səviyyəsindən 1386 metr hündürlükdə, rayonun inzibati mərkəzindən 29 kilometr aralıda yerləşir. Kənddə 209 fərdi təssərüfat var. 670 nəfər əhalisi olan bu yaşayış məntəqəsi Şamaxı-Piriqulu avtomobil yolunun yaxınlığında, sıx meşələrin arasında yerləşir. Avaxıl kəndi rayonun ən qədim yaşayış məskənlərindən biridir.

Kənd ərazisində bir çox istirahət mərkəzi mövcuddur və məhz bu səbəbdən ilin bütün fəsillərində Avaxıl qonaqlı-qaralı olur. Kənd sakinlərinin turizm sahəsindən əlavə, digər gəlir mənbələri maldarlıq və əkinçiliyin payına düşür.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə keçirilən seçkilərdə hər zaman fəallıq göstərən Avaxıl kəndi bu gün də aktivliyi qoruya bilir. Bu kənddə 372 seçici siyahıya alınıb. Kəndin ən yaşlı seçicisinin isə 92 yaşı var. 85 saylı Şamaxı seçki dairəsinin Avaxılda yerləşən 49 saylı seçki məntəqəsinə səhər saatlarından üz tutan vətəndaşlar istədikləri namizədə səs vermək üçün səsvermədə fəal iştirak edirlər.

Kənd sakini, seçici Yaqut Tahirova bildirib ki, hava soyuq olsa da, öz hüququndan istifadə etmək üçün məntəqəyə gəlib və istədiyi namizədə səs verib: “Biz hər seçkidə fəal iştirak edirik. Baxmayaraq ki, hava qarlı və şaxtalıdır, bu dəfə də gəlib səs verdik”.

Digər seçici Şahin Hidayətov qeyd edib ki, parlamentə keçirilən budəfəki seçkilərdə də kənd sakinləri fəallıq göstərirlər: “Yerdə 30-40 santimetr qar olsa da, öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Səs vermə prosesi də normal təşkil olunub və istədiyimiz namizədə səs veririk”.

49 saylı seçki məntəqəsinin sədri Səid Şirinov diqqətə çatdırıb ki, seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün məntəqə lazımi texniki avadanlıq və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik enerjisi ilə təmin olunub. Həmçinin seçki məntəqəsi səsvermə bülletenləri, protokollar, mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlərlə təmin edilib. “Hava şaxtalı, qarlı olsa da, kənd sakinləri öz hüquqlarından istifadə etmək üçün məntəqəyə gəlir və istədikləri namizədə səs verirlər”, – deyə o bildirib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Xaçmazlı gənc doğum gününü seçki məntəqəsində qeyd edib VİDEO

Seçkidə ilk dəfə iştirak edən Xaçmaz rayonunun Qaradağ Buduq kənd sakini Bahadır Müslümov seçki məntəqəsində xoş sürprizlə qarşılaşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 9-da doğum gününü qeyd edən B.Müslümovu ilk təbrik edən 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 21 saylı məntəqəsinin komissiya üzvləri olub. 18 yaşı tamam olan […]