Oxunma vaxtı:21 Saniyə
Şotlandiyalı yarımmüdafiəçi Konner Duti iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, buna onun marixuana çəkməsi səbəb olub.
İkinci liqada yarışan “Stenxausmiyor” klubunun 23 yaşlı futbolçusundan ötən il alınan dopinq testi müsbət nəticə verib. Bu günlədə isə sərt qərar qəbul edilib.
Şotlandiyada yarışların keçirilmədiyi müddətdə futbolçuların marixuana qəbul etməsi qadağan olunmur. Amma mövsümün gedişatı ərzində belə fakt qeyd alınsa, o zaman cəza tətbiq edilir.