Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb

Oxunma vaxtı:32 Saniyə

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az “APA-Economics”ə istinadən bildirir ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,21% azalaraq 1,86 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,84% azalaraq 1 barelə görə 54,47 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,24% azalaraq 50,32 dollar olub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

2 yaşa kimi uşaqlara şirin yoğurt və şirələr verməyin - ALİMLƏR

Sağlam qidalanmağın əsasları hələ körpəlikdən qoyulur.  Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ nutrioloqları uşaq xəstəliklərinin profilaktikası məqsədilə 2 yaşa kimi körpələrə şirin yoğurt və meyvə şirələri verməyi tövsiyə etmir. Elmi işin müəllifləri 1000 uşağın qidalanmasını 6 aydan 2 yaşa kimi analiz edib.  Məlum olub ki, 6 aylıqdan 11 aya kimi körpələr […]