Azərbaycana səfərimiz müddətində namizədlərlə tanış olduq, seçicilərlə görüşdük. Seçkilər tam demokratik şəraitdə keçdi. Məntəqələrdə hər hansı qanun pozuntusu ilə rastlaşmadıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Braziliya nümayəndə heyəti üzvləri Azərbaycanda keçirilən parlament seçkilərindəki müşahidələrindən sonra təşkil olunan mətbuat konfransında söyləyiblər.
Nümayəndə heyətinin üzvləri – Senatda və Konqresdə Azərbaycan-Braziliya dostluq qruplarının rəhbərləri Antonio Anastasia və Klaudio Kajado ölkəmizdəki seçki prosesindən məmnunluqlarını bildiriblər.
Bakının Binəqədi və Qaradağ rayonlarındakı məntəqələrdə səsvermənin gedişini izlədiklərini bildirən braziliyalı müşahidəçilər şəffaf və demokratik seçkilərin keçirilməsinə görə Azərbaycan xalqını təbrik ediblər.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır