ABŞ müşahidəçiləri: “Seçkilər şəffaf keçirildi”

Oxunma vaxtı:42 Saniyə

“Bu gənc ölkəyə səfər etmək və seçki prosesini müşahidə etmək çox xoş idi”.

Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın müşahidə missiyasının üzvü, siyasətçi və ictimai xadim Mitç Silbermen parlament seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Müşahidələrimiz göstərir ki, seçkilər çox şəffaf keçdi. Biz seçkilərdəki bir çox yeniliklərə və ciddi hazırlığa və seçicilər tərəfindən bunlara olan marağa görə təəccüblənmişdik”, – o deyib.

Nümayəndə digər heyətinin üzvü, ixtisasca hüquqşünas Martin Krimen də həmçinin etiraf edib ki, seçkiləri müşahidə etmək üçün dəvət edildiyini bildikdə təəccüblənib: “Biz Azərbaycanda demokratiya uğrunda necə mübarizə aparıldığını görürük, xüsusən də cavan insanları. Bu, qalan ölkələr üçün nümunə ola bilər”.

İctimai xadim, Nyu-Yorkun yəhudi cəmiyyətinin üzvü Rafael Nektal dağ yəhudilərinin yaşadığı Qubaya və digər şəhərlərə səfər edib. O, qeyd edib ki, Azərbaycanda milli və dini azlıqların azadlığı hüququna hörmət edilməsinə heyran olub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bu günki seçkilərdə iştirak edən seçicilərin sayı AÇIQLANDI

Azərbaycanda keçirilən parlament seçkilərində yekun – saat 19:00-dək olan seçici fəallığı açıqlanıb. Unikal.org-un xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.