Главная > Ana Səhifə / Təhsil > Məktəblilərimizin növbəti uğuru. FOTOLAR

Məktəblilərimizin növbəti uğuru. FOTOLAR


23-03-2019, 19:42. Разместил: Admin
Məktəblilərimizin növbəti uğuru. FOTOLAR

Rusiya Federasiyasının Maykop şəhərində məktəblilərin Qafqaz Riyaziyyat Olimpiadası keçirilib.
Bolqarıstan, Rumıniya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən olan yuxarı sinif şagirdlərinin bilik və bacarıqlarını nümayiş etdirdiyi olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev II Diploma və gümüş medala, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə III Diploma və bürünc medala layiq görülüblər. Murad Ağazadəyə həmçinin təqdim olunan tapşırıqlardan birini bütün iştirakçılardan fərqli və original həll etdiyi üçün olimpiadanın təşkilatçıları tərəfindən xüsusi sertifikat verilib.
Liseyin 10-cu sinif şagirdi Rəşad Musayev isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüb.
Məktəblilərimizin növbəti uğuru. FOTOLAR

Məktəblilərimizin növbəti uğuru. FOTOLAR
dle 10.5
Вернуться назад