DogruSozTv.Az
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülübAzərbaycan Dövlət Turizm Agentliyi: "Çimərliklərə giriş pulsuzdur"Prezident: "Turizm sektoru dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır"Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilirBaş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıbEhtiyatda olan hərbi qulluqçular şəhid mayorun məzarını ziyarət ediblərAQTA: qida təhlükəsizliyinin təmin edilməsi prosesində cəmiyyətin aktiv iştirakı zəruridirLeysan yağacaq - Sabahın HAVAsıÖzünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcəkHərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiYeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaqHaci Mirsultan ağaÖlkəmizlə Qətərin mətbuat orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunubŞəhid anası anıldıAzərbaycan-Polşa sənədləri imzalanıbHeydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib1 İyun – “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə bayram tədbiri təşkil edilib
» » İlham Əliyev Bakıda yenidən qurulan avtomobil yollarının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

8-12-2016, 16:25İlham Əliyev Bakıda yenidən qurulan avtomobil yollarının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

bbb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu yolda əsaslı yenidənqurma işləri "Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq aparılıb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, avtomobil yolunun hərəkət hissəsinin eni 10 metrə qədərdir. Yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtük yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində artıq bu problem tam olaraq aradan qaldırılıb. Aparılan işlər zamanı burada da zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib. Yola yeni asfalt-beton örtüyü salınıb. Asfalt-beton örtüyündə xüsusi materialdan istifadə olunub ki, bu da səth sularının asfalt-beton örtüyünə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır. Layihə çərçivəsində yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilər tikilib. Yol boyunca xüsusi avtobus dayanacaqları quraşdırılıb, səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub. Diqqətə çatdırıldı ki, əsaslı yenidənqurma işləri qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X


Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun dekabrın 8-də açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bu yol "Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Yolun asfalt-beton örtüyü uzun müddət yararsız vəziyyətdə olub. Ümumi uzunluğu 11 kilometr olan yolun texniki göstəriciləri görülən işlər nəticəsində müasir tələblər səviyyəsinə çatdırılıb. Yenidən qurulan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat-Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.

Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr idi. Tikinti işləri çərçivəsində yolun eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı yolun hər iki istiqamətində piyada səkiləri inşa olunub. Yolun 1,7 kilometrlik hissəsi isə yenidən layihələndirilərək inşa edilib. Yenidənqurma işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yeni yol yatağı salınıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min kvadratmetrə yaxındır. Bu avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min kvadratmetr istinad divarı və yeni piyada səkiləri inşa edilib, işıq dirəkləri qoyulub. Bunlardan əlavə, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Ümumiyyətlə, 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85 mindən çox sakinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, inşaatçılarla söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.


11:29

AZƏRTAC xəbər verir ki, Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun dekabrın 8-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Milli.Az
dle 10.5
loading...