DogruSozTv.Az
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülübAzərbaycan Dövlət Turizm Agentliyi: "Çimərliklərə giriş pulsuzdur"Prezident: "Turizm sektoru dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır"Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilirBaş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıbEhtiyatda olan hərbi qulluqçular şəhid mayorun məzarını ziyarət ediblərAQTA: qida təhlükəsizliyinin təmin edilməsi prosesində cəmiyyətin aktiv iştirakı zəruridirLeysan yağacaq - Sabahın HAVAsıÖzünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcəkHərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiYeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaqHaci Mirsultan ağaÖlkəmizlə Qətərin mətbuat orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunubŞəhid anası anıldıAzərbaycan-Polşa sənədləri imzalanıbHeydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib1 İyun – “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə bayram tədbiri təşkil edilib
» » Baş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıb

8-06-2019, 21:02Baş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıb

Baş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıb


Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.

Məlumata görə, cari il iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində “BMW-745” markalı avtomobildəki naməlum şəxslərin həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı digər avtomobilə atəş açmaları, nəticədə bir nəfərin ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayonun prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi “BMW-745” markalı avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili təqib edib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Calalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq “Mercedes-Benz” markalı avtomobilin sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan ağır cinayətin Taleh Calalov və Vüsal Hüseynov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutularaq istintaqa təhvil veriliblər.

T.Calalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. dle 10.5
loading...