DogruSozTv.Az
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülübAzərbaycan Dövlət Turizm Agentliyi: "Çimərliklərə giriş pulsuzdur"Prezident: "Turizm sektoru dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır"Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilirBaş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıbEhtiyatda olan hərbi qulluqçular şəhid mayorun məzarını ziyarət ediblərAQTA: qida təhlükəsizliyinin təmin edilməsi prosesində cəmiyyətin aktiv iştirakı zəruridirLeysan yağacaq - Sabahın HAVAsıÖzünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcəkHərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiYeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaqHaci Mirsultan ağaÖlkəmizlə Qətərin mətbuat orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunubŞəhid anası anıldıAzərbaycan-Polşa sənədləri imzalanıbHeydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib1 İyun – “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə bayram tədbiri təşkil edilib
» » Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

27-05-2019, 20:36Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib


nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib. Son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb.

Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa görər ki, Azərbaycan işğala məruz qalan ölkədir.

Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyasət aparacağıq. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqedən dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir.
Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün. Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır.
Ancaq hesab edirəm ki, biz bundan sonra da bu istiqamətdə tam qətiyyətlə addımlar atacağıq. Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir. Ancaq təbii ki, bu, iqtisadi inkişafa bağlıdır. Çünki iqtisadi inkişaf, maddi imkanlar olmasa sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin.

İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir. Çünki 2003-cü ildən bu günə qədər 2 milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var. Düzdür, başqa ölkələrə nisbətən Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır, ancaq biz hesab edirik ki, bundan sonra da bu istiqamətdə addımlar atılmalıdır. Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılmışdır. Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək onları da bu işə sövq edirik.
İşsizlik hər bir ölkə üçün xas olan problemdir. Bu məsələnin həlli böyük səylər tələb edir. Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son 15 il ərzində Azərbaycan əhalisi 1,7 milyon artmışdır. İşsizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır. Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq.

Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik.
Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir.

Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq! Sağ olun. dle 10.5
loading...