DogruSozTv.Az
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıbSəfər Mehdiyev “Qırmız Körpü”nün rəisini işdən çıxardı – Şikayətə görəPrezident 2 sərəncam imzaladı"Azərişıq" gücləndirilmiş iş rejiminə keçibT.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininHüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBaş Nazir Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıbƏli Əhmədov: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq"Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcəkBaş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olubNazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşübİşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilərHADI RƏCƏBLI YAP AĞSU RAYON TƏŞKILATI GƏNCLƏR BIRLIYININ KONFRANSINDA IŞTIRAK EDIB.Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcəkBaş prokuror Zakir Qaralov  Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.F.M.Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycanda nazir işdən çıxarıldıSAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARAzərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilirUlu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidirUlu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.Salyan rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir keçirilmişdirAğcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdirPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib"MƏNİM POLİSİM MƏNİ QORUYUR"Sumqayıt şəhərində 9 May - Qələbə Günü qeyd olunub“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldıBƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?XAÇMAZIN ELEKTRİK TƏSƏRRÜFATI QÜSURSUZ İŞLƏYİRBAYRAM MƏMMƏDOVUN TƏRƏQQİ BULAĞIİctimai Səhiyyə fakültəsinin 43-cü Tələbə-elmi konfransı keçirilibDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatıVətəndaşların nəzərinəKİV haqqında bəzi Baş həkimlərin öz qanunu var?SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARYALAMA GÖMRÜK MƏNTƏQƏSİNİN FƏALİYYƏTİ TƏQDİR OLUNURQubada keçirilən marafona 500 nəfərdən çox iştirakçı qatılıbBöyük Vətən müharibəsi veteranları ilə görüş keçirilibSaatlıda məktəb açılışıTəhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatıAğdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilibAğcabədi rayon Hüsülü kəndində səyyar qəbul-görüş keçirilmişdirAğcabədi rayonunda daxili sabitlik etibarlı təmin olunurİlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibI və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası PrezidenUNAPF sənədi üzrə İstiqamətləndirici Komitənin iclası keçirilibNazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib
» » SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLAR

12-05-2019, 23:34SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLAR

Bu gün ölkəmiz dünya miqyasında güclü nüfuza malik bir ölkə kimi tanınır.Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident cənab İlham Əliyevuğurla davam etdirir. Ölkə rəhbərinin çox şaxəli uğurlu fəaliyyətindəregionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusi önəmdaşıyır. Məhz bu möhtəşəm quruculuq proqramlarının sayəsində ölkəmizin bütün bölgələrində yüksək tərəqqiyə nail olunub və əhalinin həyat şəraitidaha da yaxşılaşıb.Son illər paytaxt Bakıya qardaş olan Sumqayıt şəhərinin də mədəni səviyyəsiyüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıralayihələr gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunub. Xüsusən də çoxhörmətli cənab Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçıvəzifəsinə təyin olunandan sonrakı dövrdə şəhərdə abadlıq-quruculuq işləri daha da vüsət almışdır. Burada Avropa standartlarına uyğun müasir bulvaryaradılmış, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlərəsaslı təmir edilmiş, yaşayış binalarının, məktəb və uşaq bağçalarınınyararsız dam örtükləri yeniləri ilə əvəz olunmuş, şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılmışdır. Heydər Əliyev Mərkəzi,Dəmiryol Vağzalının binası, Poeziya Evi, Bayraq muzeyi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, və s. yeni sosial-mədəni obyektlər şəhərinmemarlıq görkəmini təzələyib. Sumqayıt Dövlət Dram Teatrının binası vəKimyaçı Mədəniyyət Sarayı əsaslı, yüksək dizaynla, milli memarlıq üslubunda təmir olunmuşdur. Bu işlər bu gün də uğurla davam etdirilir.Bu il Sumqayıt şəhərinin 70 illiyi tamam olur. Prezident İlham Əliyev hər zaman olduğu kimi şəhərə, onun sakinlərinə böyük diqqət və qayğı göstərərək14 fevral 2019-cu il tarixdə Sumqayıt şəhərinin yubileyi ilə bağlı xüsusi Sərəncam vermişdir. Fevralın 18-də isə dövlətimizin başçısı Sumqayıta 23-cüsəfərini edib, bir sıra obyektlərin açılış mərasimində iştirak edib.Sərəncamdan irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayan Şəhərİcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov Sumqayıt şəhərinin 70 illikyubileyi ilə bağlı yerlərdə əmək kollektivləri ilə, cəmiyyətin ayrı-ayrızümrələrinin nümayəndələri ilə silsilə görüşlər keçirir və həmingörüşlərdəki çıxışlarında bildirir ki, hər bir sumqayıtlı ölkə rəhbərininbu diqqət və qayğısını yüksək qiymətləndirərək şəhərin daha da gözəlləşməsivə inkişafı üçün öz töhvəsini verməlidir. Hər zaman xalqın arasında olanZakir müəllim istər bu silsilədən olan tədbirlərdə, istər bayram vəəlamətdar günlərdə əhali ilə keçirdiyi görüşlərdə iştirakçılara xatırladırki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri,bu ərəfələrdə anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz HeydərƏliyevin adı ilə bağlıdır. Həqiqətən də məhz Ulu Öndərin diqqət və qayğısısayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft vəkimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Müstəqil Azərbaycanın memarı və qurucusu HeydərƏliyevin siyasi kursunun layıqli davamçısı, dövlət başçısı cənab İlhamƏliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərlərinin, diqqət və qayğısının nəticəsidir ki, bu iri sənaye şəhərinəmaraq daha da artmış, yeni açılan müəssisələrin fəaliyyəti ölkəiqtisadiyyatına öz bəhrəsini verməkdədir. Sumqayıt ötən müddətdə zəngininkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib.İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərinmədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.2019-cu ilin arxada qalan birinci rübü də Sumqayıt şəhəri üçün uğurluolub. Şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davametdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri, tibbiavadanlıqlarla təchiz edilməsi, məktəb tikintisiməqsədilə maliyyəvəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlətbaşçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir dahatəcəssüm etdirir. Cənab Prezidentin yanvarın 16-da Sumqayıta səfəri zamanıKimya Sənaye Parkının ərazisində inşa olunmuş il ərzində 650-660 min tonkarbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCARkarbamid” zavodu istifadəyə verilib. Hazırda ölkədə qeyri-neft sektorundahəyata keçirilmiş ən böyük layihə olan müəssisənin ümumi dəyəri təxminən800 milyon avro təşkil edir. Zavodda 500 nəfər daimi işlə təmin edilib.İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisəninfəaliyyəti ölkəyə hər il 160 milyon dollar vəsaitin daxil olmasına imkanverəcək. Bu mühüm hadisədən 1 ay sonra – fevralın 18-də AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt Kimya SənayeParkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ikincimüəssisənin – yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.Qeyd etmək lazımdır ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz miqyasınagörə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk beləlayihədir. İlkin mərhələdə, “SOCAR Polymer” zavodlarında ildə 10 çeşiddə184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilenistehsalı nəzərdə tutulmuş, 700-dənçox daimi iş yeri yaradılıb.Cari ilin birinci rübü  ərzində  şəhər üzrə ümumdaxili məhsul istehsalıötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq460 milyon manatdan çox olub.Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilmişdir ki,bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsalsahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyüksənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədərişçi çalışır. Parkda ixtisaslı kadrların hazırlanması üçün müasir tipliPeşə Tədris Mərkəzinin inşası, “AzərFloat” QSC-i tərəfindən Almaniyatexnologiyası əsasında ildə 8,0 milyon kv. metr müxtəlif çeşiddə şüşəlövhələr istehsalı, İnvestisiya məbləği 3,5 milyon dollar olan polimerdənkisə və boru istehsalı müəssisələrinin və “Azərxalça” ASC-nin İtaliya,Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 toniplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaqfabriklərinin tikintisi davam etdirilir.Ölkənin kimya sənayesinin avanqardı olan “Azərkimya” İB-nin perspektivinkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üzrəişlər davam etdirilmişdir. Layihə çərçivəsində EP-300 qurğusunun propilenistehsalı gücü ildə 135 min tondan 187 min tona çatdırılacaq.“SOCAR Polimer” MMC müəssisələri daim olaraq xammal və enerji ilə təminatıyaxşılaşacaq, EP-300 zavodunun “Buxar Generatoru”nun gücü 35 MVT-dan 65MVT-a çatdıralacaq. Nəticədə “Azərkimya” İB bütün müəssisələri öz enerjisiilə tam təmin ediləcək. Digər istehlakçılara enerji verilməsi nəzərdətutulur. Layihənin dəyəri 1,0 milyard manat təşkil edir. Layihənin icrasıdövründə 2 min nəfər çalışacaq.Cari ilin 3 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitalayönəldilmiş investisiyanın məbləği 50 milyon manat olub. Bu da əvvəlki ilənisbətən 14 faiz və ya 6 milyon manat artım deməkdir.Mühüm iqtisadi göstəricilərdən olan ticarət dövriyyəsi 240 milyonmanatolub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.Əldə olunan uğurlar, iqtisadi göstəricilərin ötən illə müqayisədə artmasınəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 3,0 milyon manat və ya 28faiz artaraq 13,4 milyon manat olmuş, xərc hissəsi isə 10,7 milyon manatproqnoza qarşı 7,3 milyon manat və ya 68faiz icra olunub.Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 3123 nəfər işaxtaran kimiqeydiyyata alınmışdır.

Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyiilə 1738 nəfər işlə təmin olunmuşdur. Əhalinin məşğulluq imkanlarınıngenişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkərəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilənictimai iş yeri açılıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqətiməskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-cimikrorayon ərazisində və Stansiya Sumqayıt yaxınlığında yeni yaşayışkompleksinin açılışı olub. Şəhərdə məskunlaşan məcburi köçkünlərdən 1850ailə həmin binalara köçürülüb.Birinci rübdə “Nizami kinoteatr”ının, Corat qəsəbəsində 120 yerlik uşaqbağçasınınvə Məhkəmə Kompleksinintikintisində işlər davam etdirilmiş,“Muğam evi”nin tikintisinə və Sumqayıt Bulvarının şimal-şərq istiqamətində1,0 km uzunluğunda genişləndirilməsi işlərinə başlanılıb. 5-ci PolisBölməsinin yeni inzibati binasının tikintisində tamamlanma işləri aparılır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamınaəsasən 263 binanın dam örtüyünün yenidən qurulması üçün ayrılmış vəsaithesabına I rüb ərzində 40 binanın dam örtüyü dəyişdirilib, 46 binada isəişlər davam etdirilir. Bütövlükdə dam örtüklərinin dəyişdirilməsi payız-qışmövsümünün başlanğıcına qədər başa çatdırılması planlaşdırılır. Bundanəlavə yaşayış binalarında 1200 kv.metr şifer, 5900kv.metr yumşaq dam örtüyücari təmir edilmiş, 120 p/m su axıdıcı boru quraşdırılıb.Ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıq zolaqlarının salınmasınaxüsusi diqqət verilib. Şəhər ərazisində 20 minədək ağac, 15 min dekorativ,35 min mövsümi gül əkilib.Şəhərin qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davametdirilmiş, 21-ci mikrorayonda, 49, 52, 76-cı məhəllələrdə, Xəzər, Saray,Novxanıbağları, İnşaatçılar, Qurddərəsi yaşayış massivlərində 6500 p/mmüxtəlif diametrli yeni qaz xətti çəkilib. Sumqayıt çay yaşayış ərazisində175 mənzilin qazlaşdırılmasına başlanılıb. Dövr ərzində su xətlərində 1362, kanalizasiya şəbəkəsində isə 2182 qəzabaşvermişdir ki, bunların da aradan qaldırılması üçün lazımi tədbirlər görülüb.Qış mövsümündə əhalinin istiliklə təminatı və xidmətin key¬fiy¬yətiniartırmaq məqsədi ilə qazanxanalarda, həmçinin 21 binanın aşağı paylamasistemindətəmir bərpa işləri aparılıb.Rüb ərzində 18 mərkəzi və 6 modul tipli qazanxana vasitəsilə 30 ortaməktəb, 17 səhiyyə obyekti və 21 digər obyektfasiləsiz istiliklə təminolunub.Şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası¬nınmöhkəmləndirilməsi daim nəzarətdə saxlanılır. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin sərəncamına əsasən istismar müddətini ötmüş62 ədəd liftin yenisi ilə əvəz olunması məqsədilə yeni liftlər gətirilmiş,onlardan 20 lift istismara buraxılmaq üçün sınaqdan keçirilib, qalanliftlərdə təmir-quraşdırma işləri aparılır. İşlərin may ayının axırına kimiyekunlaşdırılması nəzərdə tutulur.Bundan əlavə ölkə rəhbərinin tapşırığı və yaxından köməyi sayəsində 29yaşayış binasında 74 ədəd liftin əsaslı təmir olunması işlərinə başlanılıb.Ölkə rəhbərinin yaxından köməyi, şəhər rəhbərliyinin ciddinəzarətisayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılmasıməqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavabverməyənnəqliyyat vasitələrinin çox hissəsi yeni, iritutumlu avtobuslarlaəvəz edilib. Müasir tipli dayanacaqların quraşdırılması işləri davametdirilir.Stansiya Sumqayıt yaxınlığında inşa edilmiş yaşayış kompleksininsakinlərinin rahat gediş-gəlişini təmin etmək üçün yeni avtobus marşrutxətti açılıb. 55 nömrəli marşrutda işləyən avtobuslar yeni müasiravtobuslarla əvəz edilmiş, qəsəbəarası yollar təmir olunub.Sumqayıt şəhərində təhsilə xüsusi diqqət və qayğı göstərilir. AzərbaycdanRespublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1176 şagirdyerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Eyni zamanda tədrisprosesinin normal aparılması üçün şəhərimizdə münbit şərait yaradılıb,təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması, onun maddi-texnikibazasının möhkəmləndirilməsi, neqativ haların aradan qaldırlması sahəsindəmüsbət irəliləyişlərə nail olunub.Eyni zamanda, şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədərtəlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsiüçün xeyli iş görülüb, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılıb,istilik sistemi tam bərpa olunub, bütün uşaq bağçaları isti su ilə təchizedilib, sanitar texniki, sanitar gigiyenik normalara əməl olunması üçünlazımi şərait yaradılıb, ərzaq təminatı ciddi nəzarətdə saxlanılıb.Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasınanailolmaq üçün tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması istiqamətindəmüəyyən işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin müvafiq Sərəncamına əsasən 2 saylı Sumqayıt şəhər xəstəxanasınınəsaslı təmiri üçün hazırlıq işlərinə başlanılıb, 2 nömrəli şəhərpoliklinikası əsaslı təmir olunub və Narkoloji Dispanserin əsaslı təmiriişləri davam etdirilib.Cənab Prezidentin tapşırığına əsasən 240 min şəhər sakini tibbi müayinəyəcəlb olunub, aşkar edilmiş xəstəliklərin aradan qaldırılması istiqamətindəzəruri tədbirlər görülüb.Rüb ərzində mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texnikibazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb.Rüb ərzində 20 idmаn növü üzrə 147 şəhər birinciliyi, çеmpionаtı, kütləvibədən tərbiyəsi tədbirləri və təlim-məşq toplаnışlаrı kеçirilmişdir. Şəhəridmаnçılаrı respublika və bеynəlхаlq səviyyəli yаrışlаrdа 274 mеdаl əldəеdiblər. Bunlаrdаn 97 qızıl, 71 gümüş, 106 bürünc mеdаl olub.Sumqayıtda özəl sektorun inkişafına önəm verən şəhər rəhbəri sahibkarlarınfəaliyyətini hər vəchlə dəstəkləyir, bu məqsədə xidmət edən tədbirlərintəşkilinə xüsusi diqqət yetirir. Bu sıradan aprelin 17-də və sonrakıgünlərdə Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOBDostu”) layihəsi çərçivəsində keçirilən tədbirlərin də yerli sahibkarlarüçün əhəmiyyətini xüsusi qeyd etmək olar.Qədirşünas rəhbər olan Zakir Fərəcov Sumqayıtın tarixində izi olan, şəhərinictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynayanşəxslərin həyat olanlarına sağlığında qiymət verir, dünyasını dəyişənlərinisə xatirəsini əziz tutur. Martın 14-də Sumqayıt şəhər Tarixi Muzeyindəsosialist əməyi qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilkqadın metallurqu Zəminə Həsənovanın 100 illik yubileyi münasibətilə tədbirdəiştirakı və təşkilinə göstərdiyi köməklik buna əyani sübutdur.Dövlətə, dövlətçiliyə sadiq olan, xalqını sevən Zakir Fərəcov AzərbaycanRespublikası Prezidentinin tapşırıqlarını layiqlə yerinə yetirir, dövlətbaşçısı tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, habelə müvafiqyerli proqramların həyata keçirilməsi üçün gərəkən bütün tədbirləri görür.İcra başçısı vətəndaşların müraciətlərinə həssas yanaşır, istər vaxtı müəyyənləşdirilmiş qəbullarda, istərsə də yerlərdə keçirdiyi səyyargörüşlərdə insanları dinləyir, onların problemləri ilə tanış olur, çox vaxt cətinlikləri elə yerindəcə həll etmək üçün tapşırıqlar verir, həmçinin,vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır.Zakir müəllimin jurnalistlərlə də münasibəti arzuolunan səviyyədədir,rəhbərlik etdiyi icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlıməlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiyavasitələrində məlumatlar verilməsini təmin edir.İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artmasıxalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. SumqayıtŞəhər İcra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır,onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir. Şəhərərazisindəməskunlaşmış məcburi köçkün ailəsinin sosial problemlərinin həll olunmasına imkan daxilində səy göstərilmişdir.Cənab Zakir Fərəcov ŞİH-nin, yerli idarə, müəssisə və təşkilatlarınfəaliyyətində şəffaflığın təmininə xüsusi diqqət yetirir. Fəaliyyəti əksetdirən sosial-iqtisadi göstəricilər, keçirilmiş səyyar qəbullar vəmüxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar müəyyən edilmişqrafikə əsasən RİAİS sisteminə yerləşdirilir.Bəli, bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olanSumqayıt çox hörmətli Zakir Fərəcovun düşərli rəhbərliyi altında qazandığıuğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasındayaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialınıngücləndirilməsinə töhfələr verir.İsmayıl Abbasov

SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLAR
dle 10.5
loading...