DogruSozTv.Az
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıbSəfər Mehdiyev “Qırmız Körpü”nün rəisini işdən çıxardı – Şikayətə görəPrezident 2 sərəncam imzaladı"Azərişıq" gücləndirilmiş iş rejiminə keçibT.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininHüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBaş Nazir Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıbƏli Əhmədov: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq"Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcəkBaş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olubNazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşübİşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilərHADI RƏCƏBLI YAP AĞSU RAYON TƏŞKILATI GƏNCLƏR BIRLIYININ KONFRANSINDA IŞTIRAK EDIB.Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcəkBaş prokuror Zakir Qaralov  Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.F.M.Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycanda nazir işdən çıxarıldıSAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARAzərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilirUlu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidirUlu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.Salyan rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir keçirilmişdirAğcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdirPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib"MƏNİM POLİSİM MƏNİ QORUYUR"Sumqayıt şəhərində 9 May - Qələbə Günü qeyd olunub“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldıBƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?XAÇMAZIN ELEKTRİK TƏSƏRRÜFATI QÜSURSUZ İŞLƏYİRBAYRAM MƏMMƏDOVUN TƏRƏQQİ BULAĞIİctimai Səhiyyə fakültəsinin 43-cü Tələbə-elmi konfransı keçirilibDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatıVətəndaşların nəzərinəKİV haqqında bəzi Baş həkimlərin öz qanunu var?SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARYALAMA GÖMRÜK MƏNTƏQƏSİNİN FƏALİYYƏTİ TƏQDİR OLUNURQubada keçirilən marafona 500 nəfərdən çox iştirakçı qatılıbBöyük Vətən müharibəsi veteranları ilə görüş keçirilibSaatlıda məktəb açılışıTəhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatıAğdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilibAğcabədi rayon Hüsülü kəndində səyyar qəbul-görüş keçirilmişdirAğcabədi rayonunda daxili sabitlik etibarlı təmin olunurİlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibI və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası PrezidenUNAPF sənədi üzrə İstiqamətləndirici Komitənin iclası keçirilibNazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib
» » Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür

12-05-2019, 22:49Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş DağlıqQarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may1992-ci ildə işğal olunub.1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduq dansonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraqağır artilleriya silahlarından atəşə tuturdu.1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilənərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu.Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu.

Əhəmiyyətli geostrateji mövqeyəmalik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb,300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 minnəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərəryetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalvmüəssisələri talan və məhv edilib.54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruzqalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdərtürbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tuncsikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s"auksionunda 80 min ABŞ dollarına satılıb.Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibindəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı”işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları vəFundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ,şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib.Həmçinin, qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarındaLaçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu saydaevlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin TəhlükəsizlikŞurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylıqətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib,Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq QarabağınAzərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadratkilometr ərazisi olan rayonun 121 kəndi var.Bütün dünyanın və beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atırlar. Təbii ki,Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir: "Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır.Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evinsökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir".Prezident İlham Əliyev Laçın rayonunun belə vəziyyəti ilə barışmağın mümkün olmadığını bildirib.İndi Azərbaycan dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimitanınır.

Azərbaycanın iqtisadi potensialı, hərbi gücü onu deməyə əsas verirki, işğal altında olan torpaqlarmızın azad olacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütünköçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar" - deyən Prezidentin bu fikirləri Azərbaycan həqiqətlərinə söykənir: "Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra,növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir.

Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda vəeyni zamanda, demoqrafik göstəricilərdə".Hazırda Azərbaycan danışıqlar prosesini, ardıcıl olaraq, davam etdirir.Azərbaycan Ermənistanla müqayisədə istənilən sahədə irəlidədir və qələbəəzmi də ölkəmizdə yüksəkdir. Bütün beynəlxalq təşkilatların qərarları vəqətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə etsə də, erməni lobbisi və havadarları ermənilərə dəstək olurlar. Ermənistan beynəlxalq təşkilatların,BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməlidir."Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin, imkan versin və Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünütanıyır", - deyən Cənab İlham Əliyev dünya erməniliyinin və onların arxasında dayanan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində, buməsələnin belə dondurulmuş vəziyyətdə qaldığını bəyan edir.Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndənsonra, bütün torpaqlarda, o cümlədən, Laçında yeni inkişaf dövrü yaşanılacaq. Buna Azərbaycanın iqtisadi gücü var. Bu gün respublikamızın,ümumilikdə, 59 rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan13 mini Ağcabədi rayonu Taxtakörpü ərazisində yerləşib. Məcburi köçkünlərüçün burada yeni yaşayış qəsəbələri, parklar salınıb və Şəhidlər Kompleksiucaldılıb. Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə bütün imkanlar yaradılsa da, dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti, birmənalı şəkildə, müdafiə edən laçınlılar el-obalarına, Laçına getmək arzusundadırlar. Ölkəmizin artanbeynəlxalq nüfuzu və hərbi qüdrəti onların dədə-baba torpaqlarına tezliklə dönəcəklərinə əminlik yaradıb. İyirmi beş illik məcburi köçkünlük həyatı yaşamalarına, baxmayaraq, inanırlar ki, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.Azərbaycan Prezidenti Cənab İlham Əliyev işğal altında olan torpaqlarımızıngeri qaytarılacağını çıxışlarında əminliklə qeyd edir: "Bizim orduda xidmətedən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələrvururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".Bir Laçın övladı kimi, bu yazıda erməni işğalının yaxın qohumlarıma yaşatdığı iztirabları qələmə almağı özümə borc bilirəm. 

1992-ci ilin məlum may hadisələri zamanı dayım, həm də sonradan qaynatam Əsgərov Əhliman Əvəzoğlu, onun qızı, həm də sonradan həyat yoldaşım Əsgərova Laləzar, digərqızı Əsgərova Həcər və oğlu Əsgərov Bəkir Laçın rayonunun doğma Dambulaq kəndindən çıxıblar və bir müddət qonşu Kəlbəcər rayonunda yaşayıblar.Ordumuz əks-hücuma keçib Laçın rayonunun yarısını geri qaytaranda mən dəonların ailəsi ilə birgə doğma kəndimizə qayıtdıq. Döyüşmək üçün kəndi tərketdim və 1993-cü ilin payızında tale məni Aran Qarabağına gətirib çıxardı.Dayımgil isə Dambulaqda qaldılar. Dayım özünə söz veribmiş ki, kəndi tərk etməyəcək, çünki ermənilərdən qorxmurdu. Kəlbəcər işğal olunanda Kəlbəcərə yaxın olan Dambulaq kəndinin az sayda qalmış adamları, eləcə də dayımgilin ailəsi doğma yurdlarını tərk etməli olublar. Qalaboyunlu kəndi ərazisinə yetişəndə ailənin qarşısına qəfil bir erməni zabiti çıxır. Düşmən onlarıgirov götürür və silah qarşısına salıb aparır. Yüz-yüz əlli addım irəlilədikdən sonra dayım erməninin ani diqqətsizliyindən istifadə edərəkfürsət tapıb cəld dabanlarının üstündə geriyə dönür və düşmənin avtomatını əlindən alaraq onu yerə yıxır və elə öz silahı ilə öldürür. Sonra da irəli getmək təhlükəli olduğu üçün geriyə - Laçın ərazisinə qayıdırlar. Yoldadoqquz nəfər Azərbaycan hərbçisi ilə rastlaşırlar. Əsgərlər gənc və nabələd olduqları üçün Əhliman Əsgərov onlara da bələdçilik edib təhlükədən xilasedir. Beləliklə, Əsgərovlar ailəsi və doqquz hərbçimiz Əhliman dayımın bələdçiliyi ilə dağ yolları ilə Kəlbəcərin Başlıbel kəndi ərazisindəki Kahalar deyilən yerə gəlib çıxırlar. Kahalara yerli kənd adamları da sığınıbmışlar. Çox keçmədən ermənilər onların yerini müəyyən edib üzərlərinə hücum çəkiblər. Dayım, əsgərlər, silahı olan digər kənd sakinləri düşmənlə qeyri-bərabər döyüşdə mətinliklə vuruşurlar. Əhliman Əsgərov və başqa bir neçə nəfər həm vətənimiz həmin döyüşdə həlak olur.Ancaq dayımın övladları sağ qalan Başlıbel camaatı ilə birlikdə dörd aymağaralarda, qayalar arasında gizlənəndən sonra dağ yolları ilə əvvəlcə Daşkəsən rayonuna gəlib çıxırlar. Daha sonra isə hazırda məskunlaşdıqları Ağcabədi rayonuna gəlirlər.

Əlbəttə ki, belə sağalmaz, yeri daim göynəyən yaralar almış laçınlı ailələr çoxdur. Biz torpoaqlarımızı geri almaqla, təkcə ölkəmizin ərazi hüdudlarını bərpa etməyəcəyik, həm də qisas almış olacağıq, şəhidlərimizin ruhunu sevindirəcəyik, yaralarımıza məlhəm tapacağıq. Erməni faşistləri zəbtetdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Laçını sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhvedərək, öz torpaqlarını azad edəcəkdir.

Ismayil Abbasov
Dogrusoztv.Az Milli informasiya agentliyinin rəhbəri
Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür
dle 10.5
loading...