DogruSozTv.Az
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıbSəfər Mehdiyev “Qırmız Körpü”nün rəisini işdən çıxardı – Şikayətə görəPrezident 2 sərəncam imzaladı"Azərişıq" gücləndirilmiş iş rejiminə keçibT.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininHüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBaş Nazir Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıbƏli Əhmədov: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq"Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcəkBaş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olubNazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşübİşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilərHADI RƏCƏBLI YAP AĞSU RAYON TƏŞKILATI GƏNCLƏR BIRLIYININ KONFRANSINDA IŞTIRAK EDIB.Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcəkBaş prokuror Zakir Qaralov  Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.F.M.Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycanda nazir işdən çıxarıldıSAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARAzərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilirUlu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidirUlu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.Salyan rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir keçirilmişdirAğcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdirPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib"MƏNİM POLİSİM MƏNİ QORUYUR"Sumqayıt şəhərində 9 May - Qələbə Günü qeyd olunub“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldıBƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?XAÇMAZIN ELEKTRİK TƏSƏRRÜFATI QÜSURSUZ İŞLƏYİRBAYRAM MƏMMƏDOVUN TƏRƏQQİ BULAĞIİctimai Səhiyyə fakültəsinin 43-cü Tələbə-elmi konfransı keçirilibDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatıVətəndaşların nəzərinəKİV haqqında bəzi Baş həkimlərin öz qanunu var?SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARYALAMA GÖMRÜK MƏNTƏQƏSİNİN FƏALİYYƏTİ TƏQDİR OLUNURQubada keçirilən marafona 500 nəfərdən çox iştirakçı qatılıbBöyük Vətən müharibəsi veteranları ilə görüş keçirilibSaatlıda məktəb açılışıTəhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatıAğdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilibAğcabədi rayon Hüsülü kəndində səyyar qəbul-görüş keçirilmişdirAğcabədi rayonunda daxili sabitlik etibarlı təmin olunurİlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibI və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası PrezidenUNAPF sənədi üzrə İstiqamətləndirici Komitənin iclası keçirilibNazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib
» » BƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?

9-05-2019, 22:36BƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?

Maraqlı və eyni dərəcədə də acınacaqlı bir müşahidənin altınıcızmaq istəyirik: Bəzi bölgələrdə ümumtəhsil müəssisələrini onların sırasayı ilə deyil, daşıdıqları adla deyil, məhz direktoru ilə tanıyırlar.Məsələn, "Filankəs adına "N" saylı tam orta məktəb" əvəzinə "Bəhmənkəs müəllimin məktəbi" deyirlər. Həm də burada Bəhmənkəs deyiləndə heç dətəsəvvürlərdə məşhur filmin qəhrəmanı, şərəfli Cəbiş müəllim obrazı canlanmır, dövlət təhsil müəssisəsini sanki atasından miras qalmış şəxsi gəlir mənbəyi kimi quldarcasına idarə edən insafsız feodal göz önünə gəlir.       

    Acı həqiqətdir ki, bu günün bəzi əyalət məktəbinin direktoru hakimi-mütləqdir: istədiyi müəllimi işə götürür, istəmədiyini gözüm çıxdıyasalıb işdən uzaqlaşdırır, ayrı-ayrı vaxtlarda məktəbdən çıxıb getmiş müəllimlərin adlarını ştatda saxlayaraq onlara qanunsuz əmək haqqı yazıbpulunu özünə götürür. Bəzən nəinki məktəbdə işləməyən, hətta ərazidə beləyaşamayan, ünvanları heç kimə bəlli olmayan texniki işçilərə əmək haqqınınyazılması və mənimsənilməsi faktları mövcuddur. Vakant yerlərin nazirlikdən, dərs saatlarının müəllimlərdən gizlədilməsi halları vardır.Dərs bölgüsündə sosial ədalət prinsipi pozulur, qərəzçiliyə yol verilir."Mənəm-mənəmlik" edən bəzi direktorlar onların yarıtmaz, korruptivsiyasətinə qarşı çıxan müəllimləri hədələyir, ünvanlarına hədyanlaryağdırır və məhkəməyə verəcəyi ilə qorxudur. Lazım gələndə kollektivdəikitirəlik yaradır, şagirdlər arasında, valideynlər arasında təfriqə salır,onları üsyançı müəllimin üzərinə qaldırır.            Bəzi kənd məktəblərində qohumbazlıq ənənəsi güclüdür - direktorməktəbdə istər müəllimlər, istərsə də şagirdlərin valideynləri sırasındanöz qohumlarından və əlaltılarından ibarət qruplaşma yaradır. Məktəbdə fakültativ və dərsdənkənar məşğələ saatları məktəb həmkarlar təşkilatının,direktor müavinlərinin rəyi soruşulmadan direktora yaxın olan müəllimlər arasında rəhbərlik tərəfindən bölünür, şagirdlərin maraq və istəklərinəzərə alınmır. Belə təkbaşına qərar verən direktorların rəhbərlik etdikləri kollektivlərdə sağlam mühitin olmaması təbii ki, təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir. Yuxarı siniflərin (IX, X, XIsiniflər) şagirdləri sırasından ali məktəbə hazırlaşanlar direktorungüddüyü təmənnanı qarşılayaraq, repetitor yanına gedir, dərslərə gəlmir,məktəbin davamiyyət göstəriciləri aşağı düşür. Bu cür ayrı-seçkilik,imkanlı ailələrdən olan şagirdlərə üstün imtiyazlar verilməsi kasıbövladlarına mənəvi iztirab verir. Haqq-ədalət tələb edən, qanunsuzluqlaraqarşı etiraz səsini ucaldan müəllim və valideynlərin yuxarı instansiyalaraünvanladıqları şikayətlərə baxılmır. Direktorların əksəriyyətininfəaliyyəti doğru-dürüst yoxlanılsa, məlum olar ki, onları nəinki vəzifədəsaxlamaq olmaz, hətta heç inzibati məsuliyyətə deyil, məhz cinayətməsuliyyətinə cəlb etmək lazımdır. Özlərini əyalətlərdə "kiçik padşah"sayan rayon təhsil şöbəsi müdirləri isə korrupsioner direktorları himayəedir, onların çirkin əməllərini ört-basdır etməyə çalışır, narazılıqlar pikhəddə çatdığı halda direktora olsa-olsa töhmət verməklə işlərini bitmişhesab edirlər. Çünki, onları rüşvətlə işə götürüblər, aylıq qazanclarındanpay umurlar deyə önlərində gözükölgəlidirlər. Jurnalist olaraq bəzi RTŞmüdirləri və məktəb direktorları jurnalistlər üçün əlçatmaz olublar. KİVişçisinə deyirlər ki, birbaşa Təhsil naziri Ceyhun Bayramovun icazəsiolmasa, müsahibə verə, sual cavablandıra bilmərik. Əgər onların dediklərikimi olsa, o halda gərək Təhsil Nazirliyinin binası önündə jurnalistəlindən iynə atasan yerə düşməyə. Çünki o qədər cavabın gözləyən suallarvar ki!..           

Növbəti saymızda daha ətraflın
İsmayıl Abbasov
DogrusoztvAz Milli informasiya agentliyinin rehberi dle 10.5
loading...