DogruSozTv.Az
“ Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ( 1919 -2019 )” Azərbaycan Respublikasının yubiley medalının təsviriİdman profilli məktəbdənkənar təhsil müəssisələri ilə respublika müşavirəsiAzərbaycanın tarixi körpüsü bərpa olunurPrezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildiAğcabədi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən ilk könülllərin Sertifikatları təqdim edilmişdir.Novruz Məmmədov təhsil nazirini bu vəzifədən UZAQLAŞDIRDISosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıbSəfər Mehdiyev “Qırmız Körpü”nün rəisini işdən çıxardı – Şikayətə görəPrezident 2 sərəncam imzaladı"Azərişıq" gücləndirilmiş iş rejiminə keçibT.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininHüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBaş Nazir Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıbƏli Əhmədov: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq"Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcəkBaş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olubNazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşübİşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilərHADI RƏCƏBLI YAP AĞSU RAYON TƏŞKILATI GƏNCLƏR BIRLIYININ KONFRANSINDA IŞTIRAK EDIB.Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcəkBaş prokuror Zakir Qaralov  Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.F.M.Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycanda nazir işdən çıxarıldıSAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARAzərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilirUlu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidirUlu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.Salyan rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir keçirilmişdirAğcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdirPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib"MƏNİM POLİSİM MƏNİ QORUYUR"Sumqayıt şəhərində 9 May - Qələbə Günü qeyd olunub“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldıBƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?XAÇMAZIN ELEKTRİK TƏSƏRRÜFATI QÜSURSUZ İŞLƏYİRBAYRAM MƏMMƏDOVUN TƏRƏQQİ BULAĞIİctimai Səhiyyə fakültəsinin 43-cü Tələbə-elmi konfransı keçirilibDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatıVətəndaşların nəzərinəKİV haqqında bəzi Baş həkimlərin öz qanunu var?SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARYALAMA GÖMRÜK MƏNTƏQƏSİNİN FƏALİYYƏTİ TƏQDİR OLUNURQubada keçirilən marafona 500 nəfərdən çox iştirakçı qatılıbBöyük Vətən müharibəsi veteranları ilə görüş keçirilibSaatlıda məktəb açılışıTəhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatıAğdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilibAğcabədi rayon Hüsülü kəndində səyyar qəbul-görüş keçirilmişdir
» » Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Preziden

3-05-2019, 20:55Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Preziden

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 20 may tarixli 1514 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli1938 nömrəli, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli 195 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in hazırlanması haqqında” 2017-ci il 28 aprel tarixli 2826 nömrəli və “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 419; 2014, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521) 1-ci hissəsindən “və turizm” sözləri çıxarılsın və həmin hissəyə “İsmayıl İsmayılov - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözlərindən sonra “Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.2-ci və 4.5-ci bəndlərinin ikinci abzaslarından “və Turizm” sözləri çıxarılsın və həmin abzaslara “nazirlikləri,” sözündən sonra “Dövlət Turizm Agentliyi,” sözləri əlavə edilsin.

3. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1612; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384, № 10, maddə 1661; 2017, № 8, maddə 1521; 2018, № 7 (I kitab), maddə 1462) ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramının “2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 2.2.3-cü, 2.2.4-cü, 2.2.8-ci, 2.2.9-cu, 2.3.1–2.3.3-cü və 2.3.5-ci yarımbəndlərinə “İçərişəhər” sözündən əvvəl, 2.2.7-ci yarımbəndinə “Azərbaycan” sözündən əvvəl “Dövlət Turizm Agentliyi, ” sözləri əlavə edilsin və həmin yarımbəndlərdən “və Turizm” sözləri çıxarılsın.

4. “Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 2826 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 605) 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.

5. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 5.1.1.6-cı yarımbəndinin “İcraçılar” sütununda “MTN” akronimi “MN” akronimi ilə, 5.1.2.15-ci və 5.1.2.16-cı yarımbəndlərinin “İcraçılar” sütununda “MTN” akronimi “DTA” akronimi ilə, “Akronimlər” hissəsində “MTN - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “MN - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, DTA - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2019-cu il. dle 10.5
loading...