DogruSozTv.Az
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıbSəfər Mehdiyev “Qırmız Körpü”nün rəisini işdən çıxardı – Şikayətə görəPrezident 2 sərəncam imzaladı"Azərişıq" gücləndirilmiş iş rejiminə keçibT.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininHüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBaş Nazir Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıbƏli Əhmədov: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq"Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcəkBaş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olubNazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşübİşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilərHADI RƏCƏBLI YAP AĞSU RAYON TƏŞKILATI GƏNCLƏR BIRLIYININ KONFRANSINDA IŞTIRAK EDIB.Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcəkBaş prokuror Zakir Qaralov  Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.F.M.Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycanda nazir işdən çıxarıldıSAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARAzərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilirUlu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidirUlu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.Salyan rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir keçirilmişdirAğcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdirPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib"MƏNİM POLİSİM MƏNİ QORUYUR"Sumqayıt şəhərində 9 May - Qələbə Günü qeyd olunub“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldıBƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?XAÇMAZIN ELEKTRİK TƏSƏRRÜFATI QÜSURSUZ İŞLƏYİRBAYRAM MƏMMƏDOVUN TƏRƏQQİ BULAĞIİctimai Səhiyyə fakültəsinin 43-cü Tələbə-elmi konfransı keçirilibDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatıVətəndaşların nəzərinəKİV haqqında bəzi Baş həkimlərin öz qanunu var?SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARYALAMA GÖMRÜK MƏNTƏQƏSİNİN FƏALİYYƏTİ TƏQDİR OLUNURQubada keçirilən marafona 500 nəfərdən çox iştirakçı qatılıbBöyük Vətən müharibəsi veteranları ilə görüş keçirilibSaatlıda məktəb açılışıTəhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatıAğdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilibAğcabədi rayon Hüsülü kəndində səyyar qəbul-görüş keçirilmişdirAğcabədi rayonunda daxili sabitlik etibarlı təmin olunurİlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibI və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası PrezidenUNAPF sənədi üzrə İstiqamətləndirici Komitənin iclası keçirilibNazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib
» » Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası..

11-04-2019, 14:55Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası..

Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası..

Aprelin 10-da “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında sovet dramaturqu, ssenarist və şair, RSFSR Dövlət mükafatı və RF Prezidenti mükafatının laureatı Aleksandr Volodinin pyesi əsasında səhnələşdirilmiş “Beş axşam” tamaşası göstərilib.

Doğrusöztv.Az xəbər verir ki, tamaşanın rejissoru tanınmış Rusiya rejissoru, kinorejissor, ssenarist, aktyor emalatxanasının rəhbəri, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Rusiyanın Xalq artisti və Əməkdar incəsənət xadimi Vladimir Fokindir.

Qeyd edək ki, aprelin 8-dən 12-dək Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində bir sıra tədbirlər keçirilir.

Aleksandr Volodinin anadan olmasının 100 illik yubileyi ilində Vladimir Fokinin S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutundakı buraxılış kursu bakılı tamaşaçılara psixoloji teatr janrına rəğbətlə səhnələşdirilmiş “Beş axşam” tamaşasını təqdim edib.
Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası..

V.Fokinin də Bakıda olduqları bir neçə gün ərzində onlar üçün doğmalaşan bakılı tamaşaçıları və azərbaycanlı həmkarlarını salamlayaraq qeyd etdiyi kimi, “Beş axşam” tamaşası onun rəhbərliyi altında institutun məzunlarının 6 diplom işlərindən biridir. O vurğulayıb: “Bakıda bizim çox geniş proqramımız var və bu gün həmin çərçivədə Aleksandr Volodinin pyesi əsasında hazırlanmış tamaşa göstəriləcək. Bu il martın 10-da biz onun 100 illik yubileyini qeyd etdik və bir ay sonra tamaşa Bakıda nümayiş etdirilir”.

O, həmçinin qeyd edib ki, institutun tələbələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki həmyaşıdları ilə ümumi dil tapıblar və bu, onun sözlərinə görə, göstərir ki, Azərbaycanla Rusiya arasında mədəni əlaqələr gələcəkdə də genişlənəcək və inkişaf edəcək.

V.Fokin çıxışının sonunda xatırladıb ki, tamaşada hadisələr pyesin qələmə alındığı 1958-ci ildə baş verir.

Ustad V.Fokinin rəhbərlik etdiyi gələcəyin kino ulduzları səhnədə sovet müzikli janrını canlandırmağa çalışıblar. Tamaşadakı dramatik səhnələr solo vokal nömrələri ilə vəhdət təşkil edib, mahnılar və şeirlərlə müşayiət olunub.
Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası..

V.Fokin tamaşa haqqında deyib: “Mənim niyyətim Aleksandr Volodinin pyesini “təkmilləşdirmək” – onun mənaca dərinliklərinə varmaq və gənc aktyorlara öz personajlarını müqəvva kimi deyil, canlı, istiqanlı insanlar kimi görmək, onların ağrı-acısını hiss etmək, hər kiçik hallarına sevinmək və sevmək qabiliyyətini təcəssüm etdirmək imkanı yaratmaq olub.

Tamaşaçılar aktyorların ifasını hərarətlə qarşılayıblar.
Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası..

Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası..
dle 10.5
loading...