DogruSozTv.Az
“ Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ( 1919 -2019 )” Azərbaycan Respublikasının yubiley medalının təsviriİdman profilli məktəbdənkənar təhsil müəssisələri ilə respublika müşavirəsiAzərbaycanın tarixi körpüsü bərpa olunurPrezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildiAğcabədi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən ilk könülllərin Sertifikatları təqdim edilmişdir.Novruz Məmmədov təhsil nazirini bu vəzifədən UZAQLAŞDIRDISosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə “dərin narahatlıq” yaradıbSəfər Mehdiyev “Qırmız Körpü”nün rəisini işdən çıxardı – Şikayətə görəPrezident 2 sərəncam imzaladı"Azərişıq" gücləndirilmiş iş rejiminə keçibT.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininHüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBaş Nazir Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıbƏli Əhmədov: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq"Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcəkBaş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olubNazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşübİşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilərHADI RƏCƏBLI YAP AĞSU RAYON TƏŞKILATI GƏNCLƏR BIRLIYININ KONFRANSINDA IŞTIRAK EDIB.Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcəkBaş prokuror Zakir Qaralov  Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.F.M.Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycanda nazir işdən çıxarıldıSAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDADOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARAzərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 ilötür“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilirUlu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidirUlu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.Salyan rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir keçirilmişdirAğcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdirPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib"MƏNİM POLİSİM MƏNİ QORUYUR"Sumqayıt şəhərində 9 May - Qələbə Günü qeyd olunub“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldıBƏZİ ƏYALƏT MƏKTƏBİNİ KİMLƏR İDARƏ EDİR - DİREKTOR, YOXSA, TƏHSİL FEODALI?XAÇMAZIN ELEKTRİK TƏSƏRRÜFATI QÜSURSUZ İŞLƏYİRBAYRAM MƏMMƏDOVUN TƏRƏQQİ BULAĞIİctimai Səhiyyə fakültəsinin 43-cü Tələbə-elmi konfransı keçirilibDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatıVətəndaşların nəzərinəKİV haqqında bəzi Baş həkimlərin öz qanunu var?SUMQAYIT - 70: SAKİNLƏR CƏNAB ZAKİR FƏRƏCOVUN DÜŞƏRLİ RƏHBƏRLİYİ ALTINDA DOĞMA ŞƏHƏRİN YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIRLARYALAMA GÖMRÜK MƏNTƏQƏSİNİN FƏALİYYƏTİ TƏQDİR OLUNURQubada keçirilən marafona 500 nəfərdən çox iştirakçı qatılıbBöyük Vətən müharibəsi veteranları ilə görüş keçirilibSaatlıda məktəb açılışıTəhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatıAğdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilibAğcabədi rayon Hüsülü kəndində səyyar qəbul-görüş keçirilmişdir
» » Elbay Qasımzadə: "Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir"

2-03-2019, 16:23Elbay Qasımzadə: "Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir"

Elbay Qasımzadə: "Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir"

Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir.

Dogrusoztv.Az Milli.Az -a istinadən bildirir ki, bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

Elbay Qasımzadə bildirib ki, son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində çox böyük işlər görülüb - şəhərlərimizin abadlığı, yeni-yeni memarlıq əsərlərinin yaranması, tarixi irsimizin qorunub saxlanılması, memarlıq abidələrinin bərpası: "Bu işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir. Bizim ölkəmizin Mədəniyyət Nazirliyinin abidələrə olan diqqəti, Sizin Sərəncamınızla nazirliyin tərkibində yaranmış Dövlət Xidməti, bunlar hamısı, əlbəttə ki, tarixi irsimizin qorunub saxlanılması üçün çox böyük zəmindir. Bunu təkcə biz yox, bizim beynəlxalq peşəkar qurumlar da görürlər. Ötən ilin mart ayında Siz Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini qəbul edərkən bu yüksək qiymətləri onların özlərindən eşitdiniz. Onlar bunu söylədilər və inanın ki, biz o görüşdən ayrılandan sonra Sizin memarlıq, memarlıq sənəti haqqında yüksək peşəkarlıq səviyyəsində verdiyiniz məlumat onlara çox böyük təəssürat bəxş etdi. Bunun sayəsindədir ki, Azərbaycan memarlığı bu gün dünyada tanınır. Beynəlxalq Memarlar İttifaqının 134 üzvü var. Yalnız 25 nəfər Şuranın üzvü var və onlardan biri də Azərbaycan təmsilçisidir. Bu, həqiqətən böyük nailiyyətdir. Bu nailiyyətə biz Sizin səyləriniz nəticəsində gəlib çıxmışıq".

O xatırladıb ki, bu il iyun ayının 7-dən 11-nə qədər Bakıda tarixi şəhərlər və turizm mövzusunda beynəlxalq forum keçiriləcək: "Bu forum Sizin dəstəyinizlə keçirilir. Əlbəttə, biz xoşbəxt olarıq ki, o forumun açılışında hər ikiniz iştirak edəsiniz, imkanınız, vaxtınız olsa. Bu forumdan sonra ayın 11-də Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyası keçiriləcək. Bu assambleyanın təşkil olunması üçün adətən müsabiqə keçirilir. Bu dəfə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi qərara gəlib ki, bunu Bakıda müsabiqəsiz keçirsin. Bizim Şuranın növbəti iclasında bəzi üzvlər məsələ qaldırdılar ki, niyə müsabiqəsiz olur, niyə Azərbaycanda olmalıdır? Yəni, gəlin müsabiqə elan edək, kim qalib gələrsə, bunu götürər. Sizin artıq tanıdığınız Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier dedi ki, mən sizə bir sual verəcəyəm, əgər mənə cavab verə bilsəniz, mən bu mövzunu davam etdirərəm. Soruşdu ki, neçə illərdir hamınız Beynəlxalq Memarlar İttifaqının rəhbərliyindəsiniz və üzvüsünüz. Mənə deyin görüm, Azərbaycandan başqa hansı ölkədə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini cənab Prezident qəbul edib. O dəqiqə mübahisə aradan qaldırıldı".

Memarlar İttifaqı İdarə Heyətinin sədri bu tədbirə çox ciddi şəkildə hazırlaşdıqlarını vurğulayıb: "Tədbiri biz Bakı Media Mərkəzi ilə birgə hazırlayırıq. Bilirsiniz ki, bu tədbirdən sonra iyul ayında Bakıda UNESCO-nun Tarixi İrs Komitəsinin sessiyası keçiriləcək. Əlbəttə ki, bunların hamısı Sizin bu ixtisasa, bu sənətə göstərdiyiniz qayğı və diqqətin nəticəsidir. Mən də heç bir xahişlə müraciət etməyəcəyəm. Mənim, sadəcə bir-iki təklifim var. Bu gün Bakının mərkəz hissəsində çox böyük abadlıq işləri aparılır, tarixi mərkəzində binalar bərpa olunur, təmir edilir. Siz də çıxışınızda çox gözəl vurğuladınız ki, son vaxtlar şəhərsalma problemlərinə çox böyük diqqət yetirilir. Çünki Siz çox gözəl bilirsiniz ki, şəhərsalma dövlətin sosial proqramının əsasını təşkil edən bir amildir. Bizim şəhərimizin tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib. Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək".

E.Qasımzadə əlavə edib ki, Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz: "Bu, təbiidir. Onda Sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik. İkinci məsələ. Burada yaradıcı ittifaqların rəhbərləri oturublar, məncə bu məsələ onlara da çox yaxındır. Bu gün yaradıcılıq ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları haqqında" Qanunu ilə tənzimlənir. Məncə bu, üzr istəyirəm, bir qədər ədalətsizdir. Çünki biz yaradıcı ittifaqlar dövlətin siyasətini dəstəkləyərək yaradıcılıqla, quruculuqla məşğuluq. Amma həmin qanun çərçivəsində bir çox təşkilatlar var ki, onlar əks fəaliyyətlə məşğuldurlar. Mən bilirəm ki, dörd il bundan öncə Milli Məclisdə "Yaradıcılıq birlikləri haqqında" Qanunun hazırlanması başlamışdı. Mən müəyyən qədər orada iştirak etmişəm, məsləhətlərimi vermişəm. Sonra o qanunun hazırlanması dayandı. Düşünürəm ki, bu gün elə bir qanunun qəbul olunması həm yaradıcılıq ittifaqlarının statusunu qaldırar, həm onlardan olan fayda başqa ictimai təşkilatlardan fərqlənər və bunu hamı görər ki, yaradıcı kimdir, dağıdıcı kimdir. Məncə bunu bərpa etmək lazımdır.

Sonuncu, bəlkə də xahişdir, demişdim ki, etməyəcəyəm. Amma bu, elə bir xahişdir ki, mən bilirəm, Sizin ürəyinizcə olacaq. Bakının müasir dövrdə, yəni, XX əsrdə memarlıq simasının formalaşmasının iki banisi olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakıda Zivər bəyin heykəli var, amma bu iki nəfərin heykəli yoxdur. İcazənizlə biz onun layihəsini hazırlayarıq. Biz Ömər müəllimlə bir yerdə bu layihə üzərində bir müddət işləmişik, onu təqdim edək. Xahiş edirəm, bu iki böyük şəxsiyyətə Bakıda mütləq abidə qoyulsun. Çox sağ olun. Sizə uğurlar, cansağlığı arzu edirəm".
Dogrusoztv.Az dle 10.5
loading...