DogruSozTv.Az
Baş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülübAzərbaycan Dövlət Turizm Agentliyi: "Çimərliklərə giriş pulsuzdur"Prezident: "Turizm sektoru dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır"Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilirBaş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıbEhtiyatda olan hərbi qulluqçular şəhid mayorun məzarını ziyarət ediblərAQTA: qida təhlükəsizliyinin təmin edilməsi prosesində cəmiyyətin aktiv iştirakı zəruridirLeysan yağacaq - Sabahın HAVAsıÖzünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcəkHərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiYeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaqHaci Mirsultan ağaÖlkəmizlə Qətərin mətbuat orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunubŞəhid anası anıldıAzərbaycan-Polşa sənədləri imzalanıbHeydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib1 İyun – “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə bayram tədbiri təşkil edilibAzərbaycanda aparılan güclü sosial siyasət uşaqları da əhatə edir“AmCham Azərbaycan”ın üzvləri üçün nazir Sahil Babayevin iştirakı ilə işgüzar nahar təşkil olunubEkologiya və Təbii Sərvətlər Nazirliyi 22 vəzifə üzrə işçi axtarırƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edildiQarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edildiBirinci vitse-prezident Mehriban Əliyeva: "Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak ediblər r.Azərbaycanda 28 May - Respublika Günü qeyd olunurDOST mərkəzinin xidmətlərindən artıq 3 mindən çox vətəndaş faydalanıbPrezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edibABŞ-ın Dövlət katibi Mayk Pompeonun 28 May - Respublika Günü münasibətilə təbrikiRusiya Federasiyasının Prezidenti Vladimir PutindənHacıqabulda maşın piyadanı vuraraq öldürüb, sürücü qaçıbMələklər nə zaman və nədən yaradilmişlar?
» » “Hava məlumatına görə nazirliyi qınayanlar var”

17-01-2019, 10:39“Hava məlumatına görə nazirliyi qınayanlar var”

“Hava məlumatına görə nazirliyi qınayanlar var”

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükə yarada bilən şiddətli küləklə bağlıdır. Bununla əlaqədar dövlət dəniz adminstrasiyasına, neft şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk".

Doğrusöztv.Az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, əhali tərəfindən nazirlikdə yaradılan qərargaha daxil olan çoxsaylı zənglərdə hava şəraiti ilə bağlı narahatlıq yarandığından diqqətə çatdırmaq istəyirik ki, ən şiddətli külək və yüksək dalğa açıq dənizdə gözlənilir:

"Yəni, xəbərdarlıq ona görə tam təfsilatı və dəqiqliyi ilə verilib ki, əsasən dənizdə işləyənlər əvvəlcədən vəziyyətin ciddiliyindən xəbərdar olsun və bədbəxt hadisələr baş verməsin. Amma Bakıda və Abşeron yarmadasında da güclü külək əsəcəyi, sulu qar yağacağı, temperaturun 10 dərəcəyədək aşağı düşəcəyi gözlənilir. Temperaturun birdən-birə 10 dərəcəyədək aşağı düşməsi də fəsadlara səbəb ola bilər. İşıq, qaz, kommunal təsərrüfatlar üçün bu bir hazırlıq xəbərdarlığıdır. Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun. Güclü küləyin olacağı məlumatı da dənizdə işləyənlərlə bərabər şəhərdə istehsalat zonalarında, tikintilərdə işləyənlərə xəbərdarlıqdır ki, qabaqlayıcı tədbirlər görülsün, hündür mərtəbələrdə iş aparılmasın, hündür kranların işi dayandırılsın. Elə vətəndaşların özləri də bilsinlər ki, belə küləkli hava şəraitində ağacların, dirəklərin aşması təhlükəsi yarana bilər, buna görə də ehtiyatlı olsunlar. Belə ciddi hava xəbərdarlığı barədə məlumatı yaymaq vacibdir ki, insanlar, aidiyyəti qurumlar əvvəlcədən hazırlıqlı olsunlar.
Amma eşidirik ki, nazirliyi belə həyəcanlı məlumatı yaymaqda qınayanlar da var. Məncə əsassızdır, çünki insanlar müəyyən təhlükələrdən əvvəlcədən xəbərdar olsa, güclü və çevik olar, gözlənilən təhlükədən özünü qoruya bilər. Yəqin dənizdə neftçilərin güclü külək nəticəsində faciə ilə üzləşməsi hamının yadındadır. Bütün bunların baş verməməsi və insanların işlərini havaya uyğun qurmaları üçün əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir".

Dogrusoztv.Az dle 10.5
loading...