DogruSozTv.Az
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılırAŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışldı - FOTOAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır - Baş Qərargah rəisinin müaviniPrezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHIDeputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanırTəhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdiRamil Usubov yeni vəzifəyə təyin edildiMədət Quliyev çıxarıldı, DTX-ya yeni rəis təyin olundu - SƏRƏNCAMNazirlik: Prezident İlham Əliyevin Sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan veribSahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”Şəhadətin mübarək ŞəhidimErmənistan rəhbərliyinin məntiqini anlamaq çətindir - Leyla AbdullayevaBöyük bəstəkar Arif Məlikovun məzarı ziyarət olunubBaş Nazir Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edibMüdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir”Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıbBu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.İlham Əliyevdən təhsillə bağlı SƏRƏNCAMDünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı varMilli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsiMilli Qurtuluş Günü – Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol!Birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - FOTOİyunun sonundan müəllimlərin işə qəbuluna start verilirBu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfərXİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirirBakı Parlament Platforması yaradılırAzərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıbTürkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıbSon zəngin olacağı tarix açıqlandıHərbi qulluqçumuz şəhid olubHərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilibPrezident İlham Əliyev: Müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülübAzərbaycan Dövlət Turizm Agentliyi: "Çimərliklərə giriş pulsuzdur"Prezident: "Turizm sektoru dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır"Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilirBaş Prokurorluq və DİN Binəqədidəki qətllə bağlı məlumat yayıbEhtiyatda olan hərbi qulluqçular şəhid mayorun məzarını ziyarət ediblərAQTA: qida təhlükəsizliyinin təmin edilməsi prosesində cəmiyyətin aktiv iştirakı zəruridirLeysan yağacaq - Sabahın HAVAsıÖzünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcəkHərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiYeni Sərəncamla günərzi qayğı, reabilitasiya və sosial xidmət üzrə digər dəstək mərkəzlərinin sayı dəfələrlə artacaqHaci Mirsultan ağaÖlkəmizlə Qətərin mətbuat orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunubŞəhid anası anıldıAzərbaycan-Polşa sənədləri imzalanıbHeydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib1 İyun – “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə bayram tədbiri təşkil edilib
» » Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

30-03-2017, 10:46Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İnterpolun və Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Əbu-Dabi şəhərində keçirilən «Təhlükəsizlik naminə birlik» adlı beynəlxalq forumda iştirak etmək üçün martın 28-dən Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ay verilən məlumata görə, martın 28-də öz işinə başlayan tədbir Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın himayəsi ilə baş tutub.
Tədbirdə çıxış edən bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan bu konfransın hüquq mühafizə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini bildirib və xüsusən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə əlverişli zəmin yaradacağını qeyd edib.
Dünyanın bir sıra ölkələrinin daxili işlər və ədliyyə nazirlərinin, yüksək vəzifəli polis məmurlarının qatıldıqları konfransda müasir dövrün çağırışlarına, habelə gələcəkdə regional və beynəlxalq təhlükəsizlik üçün yarana biləcək təhdidlərə qarşı birgə mübarizə məsələlərinin, bu istiqamətdə ayrı-ayrı dövlətlərin üzərinə düşən öhdəliklərin, qlobal polis strukturunun müəyyən edilməsinin müzakirəsi nəzərdə tutulub. Forumda terrorizmə, kibercinayətkarlığa, mədəni irs əleyhinə olan, yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizədə səylərin əlaqələndirilməsi, eyni zamanda, müxtəlif ölkələrin Daxili İşlər nazirlikləri, polis və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da genişləndirilməsi və birgə əməkdaşlığın digər aktual problemləri də diqqət mərkəzində olacaq.
Beynəlxalq konfrans çərçivəsində Ramil Usubov Birləşmiş Ərəb Əmirlikləri Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb. BƏƏ-nin Baş nazirinin müavini, daxili işlər naziri onun dəvətini qəbul edib «Təhlükəsizlik naminə birlik» adlı beynəlxalq forumda iştirakına görə azərbaycanlı həmkarına minnətdarlıq edib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb.
R.Usubov BƏƏ-nin Daxili İşlər Nazirliyi Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsində olub, adıçəkilən qurumun fəaliyyəti və bu ölkənin xüsusi təyinatlılarının texniki təminatı ilə yaxından tanış olub.
R.Usubov səfər çərçivəsində Dubay şəhərinin polis rəisi Abdulla Xəlifə əl-Mərri ilə də görüşüb. Görüşdə təhlükəsizliyin və ictimai asayişin təmin olunması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib. Abdulla Xəlifə əl-Mərri daxili işlər nazirinin BƏƏ-yə səfərinin və Dubay polisi əməkdaşlarının təhlükəsizlik kurslarının buraxılışında iştirakından məmnunluğunu bildirib. O, müvafiq sahədə əlaqələrin daha da genişləndirilməsi arzusunda olduqlarını ifadə edib.
R.Usubov Birləşmiş Ərəb Əmirlikləri polisinin zəngin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu, belə görüşlərin birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əmilnliyini vurğulayıb.
DogruSozTv.Az
dle 10.5
loading...